Şəmkirdə avtomobil qəzası olub, 3 nəfər xəsarət alıb 

Şəmkir rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, "Səbət Bazarı" adlanan ərazinin yaxınlığında 2 avtomobilin toqquşması nəticəsində 1982-ci il təvəllüdlü R.Rzayev, 1977-ci il təvəllüdlü İ.Hüseynova və 1949-cu il təvəllüdlü S.Məmmədrzayev xəsarət alıb.

Eyni zamanda, qəzanın zərcirvari olduğu, bir neçə avtomobilin toqquşduğu da bildirilir.

Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47