Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində baş verib.
Belə ki, minik avtomobili 9 yaşlı Elmar Nağıyevi vurub. Yaralı xəstəxanaya aparılsa da, onun öldüyü məlum olub.
Hadisənin təfərrüatları araşdırılır.