Şəmkirdə avtomobil aşıb, xəsarət alanlar var

Şəmkir rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Aşağı Keçili kəndində qeydə alınıb.

Belə ki, Fuzuli Hüseynovun idarə etdiyi "VAZ-2106" markalı avtomobilin aşması nəticədə sürücü və onun sərnişini, 1988-ci il təvəllüdlü Yeganə Səfərova müxtəlif bədən xəsarəti alıb.

Yaralılardan F.Həsənovun vəziyyəti ağır olduğundan Gəncə şəhərindəki özəl xəstəxanalardan birinə yerləşdirilib. Digər yaralının vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 07 aprel, 2026 / 06:31
Azər Maqsudov cəzadan azad edilib 06 aprel, 2026 / 17:05