Şəmkirdə avtomobil aşıb, xəsarət alanlar var

Şəmkir. 20 fevral. REPORT.AZ/ Bakı-Qazax magistralında avtomobil aşıb, yaralılar var.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə magistralın Şəmkir rayon ərazisindən keçən hissəsində baş verib. 

Belə ki, hərəkətdə olan "VAZ-21015" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə 2 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54