Şəmkirdə 22 yaşlı qadın döyülərək xəsarət alıb

Şəmkir. 18 fevral. REPORT.AZ/ Şəmkir şəhərində döyülmə hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, 1996-cı il təvəllüdlü Şəmkir şəhər sakini müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Türkan adlı qadının vəziyyəti hazırda qənaətbəxşdir. Onun kim tərəfindən və hansı şəraitdə döyüldüyü hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər