​Şəmkir sakini su anbarında batıb

Bakı. 22 iyul. REPORT.AZ/ Şəmkir rayonunda su anbarında (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 130 km aralı, nəzarət olunmayan ərazidə) 1997-ci il təvəllüdlü Vəliyev Əli İlqar oğlu batıb. “Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb. Ə.Vəliyevin cəsədi batdığı yerdən, tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. 

Digər xəbərlər

Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37