Şəmkir sakini özünü qatarın altına ataraq intihar edib

Şəmkir. 2 avqust. REPORT.AZ/ Şəmkirdə 57 yaşlı kişi intihar edib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə səhər saatlarında rayonun Zəyəm kənd ərazisindən keçən dəmiryolu xəttində baş verib.

Şəmkir rayon sakini, 1961-ci il təvəllüdlü Tahir Məsim oğlu Həsənov özünü qatarın altına ataraq intihar edib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47