DİN cüdoçunun ölümü ilə bağlı məlumat yayıb

Bakı. 4 aprel. REPORT.AZ/ Şəmkir Olimpiya Kompleksində ölüm hadisəsi olub. "Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, aprelin 2-də Şəmkir rayonunda Bakı şəhər sakini Arif Qasımov şəhər Olimpiya Kompleksinin üzgüçülük hovuzunda çimərkən boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, A.Qasımov cüdoçu olub.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47