Şəlalədə çimən 32 yaşlı şəxsin meyiti tapılıb - YENİLƏNİB

Lənkəran rayonunun Biləsər kəndi yaxınlığında yerləşən Biləsər şəlaləsində batan şəxsin meyiti sudan çıxarılıb.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Dalğıclar tərəfindən 1994-cü il təvəllüdlü Elvin Asif oğlu Quliyevin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Hirkan Milli Parkındakı şəlalədə çimən şəxs batıb.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun ucqar dağ kəndi olan Biləsərdə qeydə alınıb.

Hirkan Milli Parkı ərazisində yerləşən Bum şəlaləsində bir nəfərin batması ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) Cənub Regional Mərkəzinə məlumat verilib.

Hadisə yerinə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri, eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Batan şəxsin kimliyinin müəyyənləşdirilməsi və sudan çıxarılması istiqamətində tədbirlər görülür.

Digər xəbərlər