Şəkidə yol qəzası baş verib, xəsarət alan var

Şəki. 19 fevral. REPORT.AZ/ Şəki rayonunda yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, 31 yaşlı Tehran Ramazanovun idarə etdiyi "VAZ-21099" markalı avtomobil yol kənarındakı işıq dirəyinə çırpılıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45