Şəki. 2 noyabr. REPORT.AZ/ Şəki şəhərində tapılan meyitin kimliyi məlum olub.
“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, ölən şəxsin Şəki şəhər sakini Telman Nurəli oğlu Hacımollayev olduğu müəyyən edilib.
T.Hacımollayevin ölümünün səbəbi Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsində araşdırılır.
***13:21
Şəki rayonunda nəməlum kişi meyiti tapılıb.
“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında şəhər ərazisində, M.Ə.Rəsulzadə küçəsində qeydə alınıb.
Arxın içində tapılan meyit müayinə və şəxsiyyətinin müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.