Şəkidə qumarxana aşkarlanıb

Bakı. 16 noyabr. REPORT.AZ/ Şəki rayonunda qumarxana aşkarlanıb. "Report"un məlumatına görə, qumarxana rayonun Qoxmuq kəndi ərazisində yerləşən kafelərdən birində müəyyən olunub.

Şəki Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Nazim Qasımov icarə götürdüyü kafedə qumarxana təşkil etdiyi üçün saxlanılıb. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41