Şəkidə qoz ağacından yıxılan 65 yaşlı kişi ölüb

Şəkidə qoz ağacından yıxılan 65 yaşlı kişi ölüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Baş Layısqı kəndində baş verib.

Belə ki, kənd sakini 1960-cı il təvəllüdlü Şirinov Allahyar Hümbət oğlu qoz ağacından yıxılıb. O, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Digər xəbərlər

Binədə qanunsuz tikili sökülüb 28 yanvar, 2026 / 12:38