Şəki şəhərinin Salman Mümtaz küçəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hərəkətdə olan "Mitsubishi" markalı avtomobil yolu keçmək istəyən 1965-ci il təvəllüdlü Abbasova Səadət Səlahəddin qızını vurub.
Ağır bədən xəsarətləri alan qadın hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.