​Şəkidə ot yüklənmiş yük avtomobili yanıb

Bakı. 30 may. REPORT.AZ/ Şəki rayonunun Şəki-Yevlax yolunda vətəndaşa məxsus "URAL" markalı yük avtomobilinin yanar hissələri, banına yığılmış 6 ton ot bağlamasının 3 və avtomobilin ətrafında 200 kv.m sahədə quru ot yanıb.

“Report” xəbər verir ki, ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 16:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41