Şəkidə obyektə ov tüfəngi ilə atəş açmaqda şübhəli bilinən şəxs saxlanılıb

Şəkidə obyektə ov tüfəngi ilə atəş açmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə "Report"un Şimal-qərb bürosuna DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Noyabrın 28-də saat 19:30 radələrində Şəki şəhərində yerləşən obyektlərdən birinə naməlum şəxs tərəfindən ov tüfəngi ilə atəş açılması barədə şəhər-rayon polis şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində qeyd olunan hadisəni törətməkdə şübhəli bilinən Şəki şəhər sakini, 1989-cu il təvəllüdlü Səmədov Famil Abduləli oğlu saxlanılıb.

Ondan hadisə zamanı istifadə etdiyi tüfəng maddi sübut kimi götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39