Şəkidə canavar kəndə hücum edərək 5 nəfərə xəsarət yetirib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Bideyiz kəndində baş verib.
Belə ki, canavar kənd sakinləri; 5 yaşlı Z.Qurbanov, 27 yaşlı Fariz Lətifov, 27 yaşlı Nazilə Qurbanova, 49 yaşlı Sevinc Qurbanova və 52 yaşlı Gündüz Lətifovu yaralayıb.
Onlar müxtəlif dərəcəli xəsarətlərlə Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.