Şəki rayonunda biçilmiş taxıl sahələri və kol-kos yanıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün rayonun Biləcik kəndi ərazisində baş verib.
Yanğın olan əraziyə Qax rayon Dövlət yanğından mühafizə hissəsinin 2 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub.
Yanğın nəticəsində 5 hektar ərazidə biçilmiş taxıl sahəsi və quru kol-kos yanıb.
Fakt araşdırılır.