Şəkidə avtoservis yanıb

Şəkidə avtoservisdə yanğın olub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, yanğın şəhərin Sarabski küçəsində yerləşən avtoservisdə qeydə alınıb.

Yanğın zamanı avtoservisin daxilində olan 7 avtomobil təmiri sexi içərisindəki avadanlıqlarla birlikdə yanıb. Sexlərdən birində olan "VAZ-2107" markalı avtomobil də yanaraq kül olub.

Hadisə yerində Şəki Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 22 fevral, 2026 / 07:12
Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41