Şəkidə 9 yaşlı uşağı avtomobil vurdu

Şəki rayonunda 2011-ci il təvəllüdlü Aslan Novruz oğlu Mehdiyev məktəbdən evə qayıdarkən avtomobil vurub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə şəhərin mərkəzi küçələrindən birində baş verib.

Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralıya kəllə-beyin travması və sağ körpücük sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər