Şəkidə 42 yaşlı kişi çaya yıxılaraq xəsarət alıb

Şəki. 5 iyul. REPORT.AZ/ Şəki şəhərində 42 yaşlı kişi çaya yıxılaraq xəsarət alıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, şəhər sakini, 1976-cı il təvəllüdlü Rozvet Abdullayev Şəkidən axan Qurucana çayına yıxılıb.

Yaralı Şəki Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Hadisənin ehtiyatsızlıqdan baş verdiyi və ya intihara cəhd olduğu hələlik bilinmir.

Digər xəbərlər

Sumqayıtda yol çöküb 21 noyabr, 2026 / 09:18