​Şəki sakininin evindən ov tüfəngi və yayılması qadağan olunan dini vəsaitlər aşkar edilib

Bakı. 11 dekabr. REPORT.AZ/ Şəki sakininin evindən sənədləri olmayan ov tüfəngi, yayılması və təbliği qadağan olunan dini vəsaitlər aşkar edilib.  

"Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Şəki Şəhər-Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Kiçik Dəhnə kənd sakini Əzizbala Nəzirovun yaşadığı evə baxış zamanı müvafiq sənədləri olmayan, nömrəsi silinmiş, lüləsi kəsilmiş ov tüfəngi, 4 ədəd patron, 36 ədəd yayılması və təbliği qadağan olunan dini ədəbiyyat və 26 ədəd CD disklər aşkar edilərək götürülüb. Ə.Nəzirov tutulub. 

Faktla əlaqədar cinayət işi başlanılıb.   

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39