Şəki sakini sirkə turşusundan zəhərlənib

Şəki. 25 mart. REPORT.AZ / Şəki sakini ehtiyatsızlıqdan sirkə turşusu içərək zəhərlənib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Çələbixan qəsəbəsində baş verib. 

Məlumata görə, martın 24-də günorta saatlarında qəsəbə sakini 1983-cü il təvəllüdlü Vəliyev Vüsal Vasif oğlu zəhərlənmə əlamətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına daxil olub.

Həkimlərin ilkin müayinəsi zamanı məlum olub ki, V. Vəliyev sirkə turşusundan zəhərlənib. Zəhərlənən şəxs həkimlərə sirkə turşusunu yaşadığı evdə səhv salaraq, ehtiyatsızlıqdan içdiyini bildirib. Ona xəstəxanada ilkin yardım göstərilib, vəziyyəti normal olduğundan ambulator müalicə almaq üçün evə buraxılıb.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45