Şəki sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib

Bakı. 15 sentyabr. REPORT.AZ/ Şəki sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

“Report” Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, hadisə Bakının Yasamal rayonu ərazisində qeydə alınıb.

Belə ki, Şəki rayon sakini Elmir Abdulrəhmanov elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Cəlilabadda avtomobil yanıb 07 sentyabr, 2026 / 11:33
Şərurda minik avtomobili yanıb 07 sentyabr, 2026 / 10:34