Cəlilabadda avtomobil yanıb

Cəlilabad rayonunda minik avtomobili yanıb.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Cəfərli kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayonun Abdullu kənd sakini Mübariz Zamanova məxsus olan "VAZ 2106" markalı avtomobili yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin iki texnikası və canlı qüvvəsi cəlb olunub. Buna baxmayaraq avtomobil tamamilə yanaraq yararsız vəziyyətə düşüb.

İlkin ehtimala görə, yanğına avtomobildə baş verən qısaqapanma səbəb olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Şərurda minik avtomobili yanıb 07 sentyabr, 2026 / 10:34