Səbaildə qadın yol qəzasında xəsarət alıb

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb. Neftçilər prospektində iki avtomobilin toqquşması nəticəsində sərnişin, 1984-cü il təvəllüdlü İbrahimzadə Nigar Tofiq qızı xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər