Səbail rayonunda yol qəzası olub, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb.

Bülbül prospekti ilə Zərifə Əliyeva küçəsinin kəsişməsində motosikletlə avtomobil toqquşub. Qəza nəticəsində 1992-ci il təvəllüdlü Ənvərli Coşqun Rafiq oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona bədənin yumşaq toxumalarının əziyi diaqnozu qoyulub.

Digər xəbərlər

Sumqayıtda fərdi ev tam yanıb 21 mart, 2026 / 17:18