Səbail rayonunda gənc oğlan yol qəzasında xəsarət aldı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb.

1998-ci il təvəllüdlü Mikayılov Mikayıl Bəxtiyar oğlu idarə etdiyi motosikletlə idarəetməni itirərək avtomobillə toqquşub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Gəncədə ev yanıb, ölən var 26 mart, 2026 / 10:51