​Bakıda saxta arayışla bankdan pul götürən şəxsə cinayət işi açılıb

Bakı. 9 yanvar. REPORT.AZ/ Bakıda saxta arayış düzəldərək bankdan pul vəsaiti alınması faktı aşkarlanıb. “Report” DİN-in saytına istinadən xəbər verir ki, Bakı şəhər sakini Elnarə Balayevanın “Atel” MMC-nin adından saxta arayış düzəldərək paytaxt sakini Gültən Abışovanın adına “VTB” bankdan 5000 manat alması müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47