Samuxda oğul atasını döyərək xəstəxanalıq edib

Samux. 2 fevral. REPORT.AZ/ Samux rayonunda oğul atasını döyərək xəstəxanalıq edib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Sərkər kəndində baş verib. 

Belə ki, naməlum səbəbdən ata 1943-cü il təvəllüdlü Xaliq Əliqara oğlu Əliyevlə oğlu Əliqara Əliyev arasında mübahisə yaranıb. Nəticədə ata oğlu tərəfindən döyülərək müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər