Samuxda kişi arvadını döyərək ağır xəsarət yetirib

Samux. 20 oktyabr. REPORT.AZ/ Samux rayonunda 37 yaşlı qadın əri tərəfindən döyülərək ağır xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Əhmədbəyli kəndində baş verib.

Belə ki, həmin kəndin sakini, 1981-ci il təvəllüdlü Sevinc Aslan qızı Allahverdiyeva əri tərəfindən ailə münaqişəsi zamanı döyülüb. 

Müxtəlif dərəcəli xəsarətləri alan qadın yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45