Samuxda gənc oğlan özünü tüfənglə vuraraq öldürüb - YENİLƏNİB

Samux. 27 yanvar. REPORT.AZ/ Samux rayonunda özünü odlu silahla güllələyərək öldürən şəxin adı məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, rayonun Poylu kənd sakini, 1995-ci il təvəllüdlü Alıyev Nürəddin Mülayim oğlu yaşadığı evdə ov tüfəngi ilə özünü vuraraq öldürüb. İntiharın səbəbləri hələ ki, məlum deyil. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Samux rayon şöbəsinə yerləşdirilib. 

Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır.


*** 08:11

Samux. 27 yanvar. REPORT.AZ/ Samux rayonunda intihar hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Poylu kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, hələlik şəxsiyyəti məlum olmayan gənc oğlan özünü güllələyərək öldürüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub və əraziyə baxış keçirilib. 

Hadisəinin dəqiq səbəbləri araşdırlır. 

Digər xəbərlər