Samuxda fərdi evdə yanğın olub, ölən var - YENİLƏNİB

Samux rayonunda evdə baş verən yanğın zamanı ölən şəxsin kimliyi məlum olub. "Report"un Qərb bürosunun məlumatına görə, yanğın zamanı dünyasını dəyişən şəxs - Samux rayon sakini, 1972-ci il təvəllüdlü Hüseynov Habil Mikayıl oğludur. Onun tüstüdən zəhərlənərək öldüyü bildirilir. O, hadisə zamanı evdə tək olub.

Yanğın nəticəsində evin mətbəxi və otağın bir hissəsi yanıb. Faktla bağlı araşdırma aparılır.


***00:55

Samux rayonunda evdə yanğın olub. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Abbas Qasımov küçəsində qeydə alınıb. Hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub və yanğın söndürülüb.

Fərdi evdə baş vermiş yanğın zamanı Habil adlı bir nəfərin öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41