Samux rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Çobanabdallı kəndində qeydə alınıb.
Belə ki, 1967-ci il təvəllüdlü Ulikbek Şamxəlil oğlu Həsənov öz avtomobilindən düşərək yolu keçərkən onu avtomobil vurub. Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.