Samuxda avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var

Samux. 9 oktyabr. REPORT.AZ/ Samux rayonunda avtomobil qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qırmızı Samux kəndi ərazisində qeydə alınıb.  

Kənd sakini, 1984-cu il təvəllüdlü Musayev Elman Ələsgər oğlu idarə etdiyi "VAZ-2107" markalı avtomobili maneəyə çırpıb. Nəticədə özü və sərnişini xəsarət alıb. Həkimlər sərnişinin vəziyyətini normal, sürücünün durumunu isə orta-ağır kimi qiymətləndiriblər. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Şəkidə 4 nəfəri çaqqal dişləyib 11 sentyabr, 2026 / 13:05
Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41