Samuxda 49 yaşlı kişi bıçaqlanıb 

Samux rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Çobanabdallı kəndində qeydə alınıb. Rayonun Hacıalılı kənd sakini, 1992-ci il təvəllüdlü Allahverdi Yusibov şəxsi münasibətlər zəminində rayonun Lək kənd sakini, 1972-ci il təvəllüdlü Elçin Qənbərovu bıçaqlayıb. Yaralı Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib. E.Qənbərovun vəziyyəti kafi qiymətləndirilir.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Digər xəbərlər

Astarada avtomobil aşıb, ölən var 06 oktyabr, 2026 / 00:33
Bakıda məktəbli bıçaqlanıb 05 oktyabr, 2026 / 17:29