Samuxda 29 yaşlı gənc bıçaqlanıb

Samux. 5 may. REPORT.AZ/ Samux rayon sakini mübahisə zəminində bıçaq xəsarəti alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Kolayı kənd sakini, 1989-cu il təvəllüdlü Allahverdiyev İdris Zakir oğlu hələlik məlum olmayan şəraitdə bel nahiyəsindən bıçaq xəsarəti alıb.

O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər