Samuxda 1 yaşlı uşağın üzərinə qaynar su dağılıb

Samux. 14 iyun. REPORT.AZ/ Samux rayonunda 1 yaşlı uşaq bədbəxt hadisə nəticəsində xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Əhmədbəyli kəndində 1 yaşlı Hüseyn Hüseynovun üzərinə yaşadığı evdə qaynar su tökülüb.

Müxtəlif yanıq xəsarətləri alan uşaq yaxınları tərəfindən xəstəxanaya aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45