Samur-Abşeron kanalında kişi meyiti aşkarlanıb

Samur-Abşeron kanalının Şabran rayonunun Ağbaş kəndi ərazisindən keçən hissəsində kişi meyiti aşkarlanıb.

“Report”un Şimal bürosunun məlumatına görə, Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Suda aşkarlanmış kişi cinsinə məxsus meyitin kimliyi bəlli deyil.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Astarada avtomobil aşıb, ölən var 06 oktyabr, 2026 / 00:33
Bakıda məktəbli bıçaqlanıb 05 oktyabr, 2026 / 17:29