Bakı. 3 avqust. REPORT.AZ/ Samur-Abşeron kanalında batan şəxslərdən birinin meyiti tapılıb.
"Report" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Samur-Abşeron kanalının Şabran rayonu, Ağbaş kəndi ərazisindən keçən hissəsində batan şəxsin axtarışları başa çatıb.
Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu 1956-cı il təvəllüdlü Quliyev Piri Hacıalsan oğlunun cəsədini batdığı yerdən 25 km aralıda sudan çıxarıb və aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 13:40-da başa çatıb.
Qeyd edək ki, daha bir nəfər Samur-Abşeron kanalının Sumqayıt şəhər, H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində batıb. Hazırda onun axtarışları davam etdirilir.