Rusiya vətəndaşları Şamaxıda yol qəzasına düşüb, 6 nəfər xəsarət alıb - YENİLƏNİB

Şamaxı rayonunda yol qəzasında xəsarət alanların kimliyi məlum olub. 

"Report"un Şirvan bürosunun məlumatına görə, bunlar Şamaxı rayon sakini, 1952 il təvəllüdlü Nadir Qədir oglu Qədirov, Kürdəmir rayon sakini, 1985-ci il təvəllüdlü Rəvan Əlibaba oğlu Məlikov və Rusiya vətəndaşları - 1967-ci il təvəllüdlü Nataliya Məlikova və 1989-cu il təvəllüdlü Nərmin Məlikovadır. 

Digər iki nəfərin isə xəsarəti yüngül olduğundan ilkin yardım göstərildikdən sonra evə buraxılıb. 


*** 14:21

Şamaxı rayonunda yol qəzası baş verib. 

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə aprelin 6-da günorta saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 119-cu kilometrliyində, Şamaxı rayonu ərazisində qeydə alınıb. 

İki minik avtomobilinin toqquşması nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Qeyd edək ki, xəsarət alanlardan ikisi Rusiya vətəndaşıdır.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26