Şamaxıda “Mercedes” yanıb

Bakı. 11 mart. REPORT.AZ/ Şamaxı rayonunda “Mercedes” markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 20:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45