Şamaxıda məktəb binasında yanğın olub

Şamaxı. 12 fevral. REPORT.AZ/ Şamaxı rayonunda məktəb binasında yanğın olub.

“Report”un Şirvan bürosunun xəbərinə görə, hadisə rayonun Şəhriyar qəsəbəsində yerləşən idman məktəbində baş verib.

Dərhal əraziyə FHN-in Şamaxı Dövlət Yanğından Mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olub. Qısa vaxt ərzində yanğının qarşısı alınaraq, ətraf ərazilərə keçməsinə yol verilməyib.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41