Şamaxı rayonunda zəlzələ olub

Bakı. 13 dekabr. REPORT.AZ/ Azərbaycanın Şamaxı rayonunda zəlzələ olub. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumatda bildirilir.

Bakı vaxtı ilə saat 12:24-də Pirquludan 13 km cənubda Şamaxı ərazisində qeydə alınan zəlzələnin təkanları hiss edilməyib.

Qeyd edək ki, 14 km dərinlikdə qeydə alınan təkanların maqnitudası 3,1 təşkil edib.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27