Salyanda yolu keçən piyadanı avtomobil vurdu

Salyan rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Qarabağlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1979-cu il təvəllüdlü Vəliyev Azad Əlisahib oğlu Salyan-Şirvan yolunu keçmək istəyən zaman onu minik avtomobili vurub.

Qəza nəticəsində xəsarət alan piyada Şirvan Mərkəzi Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14