Salyanda yol qəzasında 2 nəfər ölüb - YENİLƏNİB

Salyan. 26 mart. REPORT.AZ/ Salyan rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin adı məlum olub.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə Salyan-Şirvan avtomobil yolunun 4-cü kilometrliyində Salyan rayonunun Qırxçıraq kəndi ərazisində baş verib.

Belə ki, Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü Rauf Sahib oğlu Quliyev idarə etdiyi "VAZ-2107" markalı, 09-BO-697 dövlət qeydiyyat nömrəli avtomobillə hərəkətdə olan zaman maşını su kanalına aşırıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin, Ağdaş rayonunun Ləki qəsəbə sakini, 1983-cü il təvəllüdlü Qərib Yenidünya oğlu Quliyev avtomobilin içində boğularaq ölüblər. 

Faktla bağlı araşdırmalara başlanılıb. 


***11:52

Salyan. 26 mart. REPORT.AZ/ Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Aran bürosu xəbər verir ki, hadisə zamanı 2 nəfər ölüb. Ölənlərin Bərdə rayon sakini olduğu bildirilir. 

Hadisə yerinə DYP əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının maşınları cəlb edilib. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Digər xəbərlər

Şahbuzda zəlzələ olub 04 avqust, 2026 / 12:08