Salyanda baş verən yol qəzasında bir nəfər ölüb.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə səhər saatlarında köhnə Ələt-Astara magistral yolunun rayonun Aşağı Kürkəndi kəndindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, iki avtomobilin toqquşması nəticəsində Neftçala rayonunun Xıllı qəsəbə sakini, 1988-ci il təvəllüdlü İbrahimov Zeyqəm Kamil oğlu ölüb.
Hadisə yerinə FHN-in xilasediciləri cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.