Salyanda yol qəzası olub, 3 nəfər xəsarət alıb

Salyanda yol qəzasında 3 nəfər xəsarət alıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində Bakı şəhər sakinləri – 2004-cü il təvəllüdlü Məmmədov İlknur Xəyal oğlu, 2024-cü il təvəllüdlü Məmmədov Rəsul İlknur oğlu və Salyan şəhər sakini 1982-ci il təvəllüdlü Hüseynov Xəyal Aslan oğlu müxtəlif dərəcəli xəsarət alıblar.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda yük avtomobili aşıb 24 dekabr, 2025 / 13:04
Xəzər dənizində zəlzələ olub 23 dekabr, 2025 / 08:59