Salyanda yol qəzası baş verib

Salyanda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Şorsul kəndi ərazisində qeydə alınıb. 

Belə ki, rayonun Şorsulu kənd sakini, 1966-cı il təvəllüdlü Rəhimov Mübariz Mirzağa oğlu idarə etdiyi “Pojero” markalı avtomobillə hərəkətdə olarkən qəfil idarəetməni itirib və maşın aşıb.

Nəticədə müxtəlif dərəcəli bədən xəsarəti alan sürücü Salyan Mərkəsi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27
Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54