Salyanda üç sənədsiz ov tüfəngi polisə təhvil verilib

Bakı. 29 avqust. REPORT.AZ/ Salyan rayonunda üç sənədsiz ov tüfəngi könüllü olaraq polisə təhvil verilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Belə ki, aparılmış profilaktiki tədbirlər nəticəsində Salyan rayonunun Arbatan kənd sakini Qəribxan Sultanov, Şorsulu kənd sakinləri Ramil Ələsgərov və Bayram Qasımov 3 ədəd müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfənglərini könüllü olaraq rayon polis şöbəsinə təhvil veriblər.

Digər xəbərlər